...

ABŞ KONQRESMENLƏRİ ETİBAR MƏMMƏDOVLA GÖRÜŞÜBLƏR

Siyasət Materials 13 Oktyabr 2005 14:34 (UTC +04:00)

"Azərbaycanda səfərdə olan ABŞ Konqresinin üzvləri Darrell İssa və Loretta Sançes oktyabrın 13-də "Yeni Siyasət" blokunun həmtəsisçisi Etibar Məmmədovla görüşüblər". Bu barədə Trend ə Etibar Məmmədovun seçki qərargahından məlumat verilib.

Görüşdə əsasən noyabrın 6-da keçiriləcək parlament seçkiləri, seçkiöncəsi durum, namizədlərin təşviqat kampaniyasının gedişi, həmçinin, Azərbaycandakı ictimai-siyasi vəziyyət, Azərbaycan-ABŞ münasibətləri ətrafında müzakirələr aparılıb. Etibar Məmmədov təmsil etdiyi "Yeni Siyasət" seçki blokunun parlament seçkisində iştirakı, onun yürütdüyü siyasət, ideya və proqoramları, seçki platforması barədə qonaqlara məlumat verib. Görüşdə seçki prosesində yol verilən qanun pozuntuları, nöqsanlar barədə də danışılıb.

Xəbər lenti

Xəbər lenti