...

GƏNCƏ HƏKİMLƏRİ ABŞ TƏCRÜBƏSİNDƏN YARARLANACAQ

Siyasət Materials 13 Oktyabr 2005 18:34 (UTC +04:00)

Oktyabrın 13-də Gəncə şəhərində Abbah Həhət adına 6 saylı poliklinakada şəhərin müxtəlif müalicə müəssisələrində çalışan həkimlər üçün Amerikanın Beynəlxalq Səhiyyə Birliyinin mütəxəssisləri tərəfindən seminar keçirilib. Tədbirdə ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması və sağlam həyat tərzi məsələləri ətrafında fikir və müzakirələr aparılıb. Trener, Kaliforniya ştatının içtimai səhiyyə idarəsinin sədri Anita Hiql bildirib ki, hazırda satışda olan rəngli sular və qablaşdırılmış yeməklər sağlamlıq üçün ziyanlıdır. Treninqdə, həmçinin, son vaxtlar geniş yayılmış narkotika və tütün məhsullarının orqanizmə ziyanı, bununla mübarizədə Kaliforniya ştatının qabaqcıl təcrübəsini iştirakçılara çatdırdı. Amerikalı qonaq Trend nümayəndəhinə bildirdi ki, yaxın gələcəkdə təcrübə mübadiləhini bölüşmək üçün Gəncədən seçilmiş həkimlər Kaliforniyaya aparılacaq. Tədbirdə 50-dən çox həkim iştirak edib.

Xəbər lenti

Xəbər lenti