...

AZƏRBAYCAN PREZİDENTİ BAKIDA LİTVALI HƏMKARI İLƏ FİKİR MÜBADİLƏSİ APARIB

Siyasət Materials 13 Oktyabr 2005 19:19 (UTC +04:00)

Azərbaycan və Litva prezidentləri İlham Əliyev və Valdas Adamkus oktyabrın 13-də Bakıda görüş keçirib.Bu barədə Trend ə Azərbaycan prezidentinin mətbuat xidmətində bildirilib.

Görüşdə ikitərəfli və regional, eləcə də beynəlxalq xarakterli məsələlər üzrə fikir mübadiləsi aparılıb. Litva prezidenti Əfqanıstana səfərinin yekunları barədə məlumat verib.

Qeyd edək ki, Litva prezidentinin təyyarəsi oktyabrın 13-də yanacaq üçün Bakıya qısa müddətli eniş edib. V.Adamkus Əfqanıstana səfərini başa çatdırıb və Bakıdan Mərkəzi Avropa ölkələri rəhbərlərinin görüşündə iştirak etmək üçün Zaqrebə (Xorvatiya) gedir.Litva prezidentini müşayiət edən nümayəndə heyətinin tərkibində xarici işlər və müdafiə nazirləri, Litva HQ baş komandanı, seym üzvləri, jurnalistlər vardır.

Xəbər lenti

Xəbər lenti