Avropa Şurası Azərbaycana parlament seçkilərini müşahidə etmək üçün öz tarixində ən böyük müşahidəçi missiyasını göndərəcək. Trend bildirir ki, oktyabrın 13-də Bakıda keçirilmiş mətbuat konfransında AŞPA seçkiqabağı monitorinq missiyasının rəhbəri, hollandiyalı parlamentari Leo Platvoyet bu barədə bəyan edib.
Onun sözlərinə görə, səsvermə günü - noyabrın 6-da AŞPA-nın 60-80 müşahidəçisi Bakıda olacaq ki, bu da "Azərbaycanda seçki prosesinin vacibliyi ilə" əlaqədardır.
Qeyd edək ki, 11-13 oktyabrda Leo Platvoyedin rəhbərliyi ilə Bakıda olan missiyanın tərkibinə AŞPA-nın 4 parlamentarisi daxildir: Andreas Qross (İsveçrə), Andres Herkel (Estoniya), Hanne Severinsen (Danimarka) və Mövlut Çavuşoğlu (Türkiyə).
|