...

Fövqəladə Seçki Komitəsinin piketi təxirə salınıb

Siyasət Materials 14 Oktyabr 2005 13:11 (UTC +04:00)

"Fövqəladə seçki komitəsinin (FSK) oktyabrn 14-də saat 12.00-da prezident aparatı qarşısında nəzərdə tutduğu etiraz piketi baş tutmayıb.

Trend xəbər verir ki, FSK-nın məlum tarixdə prezident aparatı qarşısında planlaşdırdığı mitinq barəsində yalnız mediya nümayəndələri məlumatlandırılmışdılar. Prezident aparatına bu piketlə bağlı heç bir məlumat daxil olmayıb. Aparatı mühafizə edən polislər FSK-nın nəzərdə tutulan piketi barədə məlumatı yalnız orada piketi izləmək üçün aparatın qarşısına toplaşan mediya nümayəndələrindən əldə edə biliblər.

Mediya nümayəndələri FSK-nın rəhbəri, Sosial Ədalət partiyasının sədri Mətləb Mütəldimli ilə telefon əlaqəsi yaradıb, piketin təxirə salınma səbəbini soruşduqda o, bunu komitəyə üzv namizədlərin seçki təbliğatı ilə bağlı paytaxtda olmadıqları ilə əlaqələndirib. "Amma bizim prezident aparatı qarşısında nəzərdə tutduğumuz piket yaxın günlərdə baş tutacaq".

Piketin keçirilməsində əsas məqsəd seçki saxtakarlığına qarşı etiraz və Azərbaycan prezidenti İ.Əliyevlə görüşmək məqsədi daşıyırdı.

Xəbər lenti

Xəbər lenti