...

"Azadlıq" Ayaz Mütəllibovun da hüquqlarını müdafiə edəcək

Siyasət Materials 14 Oktyabr 2005 16:56 (UTC +04:00)

"Moskvada mühacir olan eks-prezident Ayaz Mütəllibov nə zaman Azərbaycana gəlmək istəsə, biz onun hüquqlarını müdafiə edəcəyik". Trend xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) (islahatçılar) sədri Əli Kərimli bildirib.

AXCP sədri onu da bildirib ki, hətta "Azadlıq" blokunun Yeni Siyasət seçki bloku ilə anlaşmaları olmasa belə bu addımı atacaqlar: "Hazırda Rəsul Quliyevin Bakıya dönüşü ona görə aktuallaşıb ki, bu qərarı özü verib. Bununla bağlı bizim də təkliflərimiz olub. Ayaz Mütəllibov da nə vaxtsa bu qərarı versə o zaman bizim dəstəyimizə ümid edə bilər. Çünki biz hüquqları yalnız özümüz üçün istəmirik".

Ə.Kərimli Yeni Siyasət (YES) seçki bloku ilə "Azadlıq" bloku arasında hələ danışıqlar aparıldığını qeyd edərək onu da bildirib ki, yaxın zamanda məsələ müsbət həllini tapacaq: "Bu zaman Azərbaycan müxalifətinin vəhdəti heç kimdə şübhə oyatmayacaq. Mən inanıram ki, "Azadlıq"-Milli Birlik Hərəkatı-"YES" cütlüyü müxalifətin birlyinin təzahürü olacaq".

Xəbər lenti

Xəbər lenti