...

ARDNŞ-nin istehsal etdiyi aviasiya nefti DSPT standartlarına tam cavab verir

Siyasət Materials 14 Oktyabr 2005 18:49 (UTC +04:00)
ARDNŞ-nin istehsal etdiyi aviasiya nefti DSPT standartlarına tam cavab verir

Bu gün "Heydər Əliyev adına" NEZ-in (keçmiş Azərneftyanacaq) bazasında istehsal olunan aviasiya nefti Rusiyada da qüvvədə olan DSPT standartlarına tam cavab verir.Bu barədə Trend ə ARDNŞ-də bildirilib.

Rusiya KİV-nin məlumatına əsasən, Rusiya federal nəqliyyata nəzarət idarəsi Rusiyanın bütün avia şirkətlərinə göstəriş verib ki, Bakı və Gəncə hava limanlarında bütün növ təyyarələrin yanacaq doldurması istisna olmaqla tədbirlər görülsün.Xüsusilə "Kommersant" yazır ki, bu, yanacağın keyfiyyəti ilə bağlıdır.Yanacağın keyfiyyəti o qədər aşağıdır ki, mühərriklərdə xüsusi filtrlərin funksiyasını pozur.Nəticədə Rusiya təyyarələri yanacaq üçün bir daha enməli, yaxud göyərtəyə daha az sərnişin götürməli olur.

ARDNŞ-də Trend ə bildirilib ki, "avia neftin (AZAL DŞ) sifarişçisinə verilməsindən əvvəl neft məhsulunun keyfiyyəti müstəqil laboratoriyalar da daxil olmaqla bir neçə instansiya tərəifndən yoxlanılır".

2005-ci ilin doqquz ayı ərzində ARDNŞ Azal Oil ilə müqaviləyə əsasən, həmin şirkətə 323,319 min ton aviasiya nefti satıb.

Gələn il də Azal Oil şirəktinə aviasiya nefti satmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti