...

İsa Qəmbər Almaniya Bundestaqının üzvü və Fridrix Nauman Fondunun direktoru ilə görüşüb

Siyasət Materials 14 Oktyabr 2005 19:19 (UTC +04:00)

"Müsavat Partiyasının sədri İsa Qəmbər oktyabrın 14-də Almaniya Bundestaqının üzvü Mixail Link və Fridrix Nauman Fondunun proqram direktoru Volfanq Yonla görüş keçirib" Trend xəbər verir ki, Müsavat Partiyasının qərargahında keçirilən görüşdə əsasən ölkədəki seçkiqabağı vəziyyət müzakirə olunub.

Görüşdə seçki kampaniyası dövründə namizədlərə bərabər imkanların yaradılması, sərbəst toplaşmaq azadlığı ilə bağlı ortaya çıxan problemlər barədə geniş fikir mübadiləsi aparılıb.

Həmçinin bölgələrdə seçkiqabağı mühitin demokratikləşməsi, insan haqları sahəsindəki vəziyyət, habelə Seçki Məcəlləsinin demokratikləşməsi, seçki komissiyalarının paritet əsasda formalaşması istiqamətində atılan və bundan sonra atıla biləcək mümkün addımlar da müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti