...

Rəsul Quliyevə etiraz əlaməti olaraq intihara hazirlaşan "Omon"-çu DIN-in nəzarəti altindadir

Siyasət Materials 14 Oktyabr 2005 19:53 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, eks-spiker Rəsul Quliyevin Azərbaycana qayıtmasına etiraz əlaməti olaraq intihar edəcəyini deyən keçmiş Xüsusi təyinatlı polis dəstəsinin üzvü (OMON"-çu) Tahir Abdullayev hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Bu məlumat Trend ə ADP-dən daxil olub.

Qeyd edək ki, bir neçə gün öncə keçmiş "OMON"çu Tahir Abdullayev mətbuat konfransı keçirərək, ADP sədri, "Azadlıq Bloku"nun 36 saylı Xətai dördüncü Seçki Dairəsindən deputatlığa namizədi Rəsul Quliyevin ölkəyə qayıdışı zamanı özünə qumbara bağlayıb, onu partladacağını bildirib. Tahir Abdullayev açıq-aşkar şəkildə söyləyir ki, cinayət törədəcək. ADP-çilər isə T.Abdullayevin həmin qumbaranı haradan əldə etməsi, ümumiyyətlə bu məsələnin hüquq-mühafizə orqanlarının diqqətində olub-olmadığını araşdırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov partiyaya bildirib ki, "OMON"çunun bəyanatı ilə bağlı narahatçılığa əsas yoxdur, çünki ölkədə bütün sahələr nəzarət altındadır: "Heç kəsə imkan verilməyəcək ki, qanundankənar hərəkət etsin. Bütün məsələlər kimi, həmin şəxs də əməkdaşlarımızın nəzarətindədir. Heç bir qanunsuzluq diqqətdən kənarda qalmır. Narahat olmağa dəyməz"- deyə DİN nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti