...

Azərbaycan və Türkiyənin XİN başçıları əməkdaşlığın perspektivlərini müzakirə edib

Siyasət Materials 15 Oktyabr 2005 13:39 (UTC +04:00)

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Abdulla Gül İstambulda görüşüb. AR XİN-in mətbuat mərkəzində Trend ə bildirilib ki, görüş E.Məmmədyarov Misirə rəsmi səfərə gedəndə yolüstü İstambulda qısa müddətə olarkən baş tutub.

Görüşdə nazirlər iki ölkə arasındakı münasibətləri müzakirə edib.Türkiyə XİN başçısı ölkənin Avropa Birliyinə daxil olması üzrə həmin təşkilatla aparılan danışıqlarla bağlı Türkiyənin səyləri barədə E.Məmmədyarovu məlumatlandırıb.O, həmçinin BTC neft boru kəmərinin ikinci fazasının başa çatdırılması üzrə əldə olunmuş uğurları yüksək qiymətləndirib.

E.Məmmədyarov qarşıdakı seçkilərin demokratik və şəffaf keçirilməsinin təmin edilməsi üçün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlər barədə öz türkiyəli həmkarına məlumat verib.Görüşdə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti