...

Seçkiləri baykot qərarı oktyabrın 16-da qəbul ediləcək

Siyasət Materials 15 Oktyabr 2005 15:16 (UTC +04:00)

"Vətəndaş Cəmiyyəti Qurucuları (VCQ) seçki blokunun 6 noyabr parlament seçkilərini baykot etməsi barədə qərarı oktyabrın 16-da saat 16.00-da keçiriləcək toplantıda qəbul ediləcək". Bu barədə Trend ə VCQ seçki blokunun mərkəzi seçki qərargahının rəhbəri Yaşar Cəfərli bildirib.

Qeyd edək ki, seçkiləri baykot etmək təklifi elə Y.Cəfərli tərəfindən VCQ-nin ötən toplantısında müzakirəyə çıxarılmışdır. Blokun rəhbəri İsgəndər Həmidov həmin toplantıda iştirak etmədiyindən məsələ oktyabrın 16-da müzakirəyə çıxarılacaq.

Y.Cəfərli onu da bildirib ki, toplantıda bir sıra məsələlərlə yanaşı eks-spiker Rəsul Quliyevin Azərbaycana qayıdışının zəruriliyi və bu qayıdışın müxalifətə gətirə biləcək dvidentlər və onun qarşılanma mərasimində VCQ-nin iştirak edib-etməyəcəyi də müzakirə ediləcək: "Eyni zamanda blok rəhbərlərinin Müstəqil Dövlətlər Birliyinin Azərbaycanda olan müşahidəçilər qrupunun qərargah rəhbəri Slabada ilə görüşünün tarixi də müəyyənləşdiriləcək".

Xəbər lenti

Xəbər lenti