...

Şimali Kipr dünya ictimaiyyətini Avropa Birliyinin Azərbaycana münasibətdə mənfi mövqeyinə qoşulmamağa çağırıb

Siyasət Materials 15 Oktyabr 2005 15:17 (UTC +04:00)

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) xarici işlər nazirliyi ŞKTC-nə münasibətdə beynəlxalq təcridin yarılması üzrə Azərbaycanın təşəbbüslərindən dolayı dərin məmnunluq ifadə edir. Trend bildirir ki, bu barədə ŞKTC XİN-in bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Bakı və ŞKTC-nin yaxınlaşması üzrə addımlara cavab olaraq adanın yunan icması Yunanıstanla birlikdə AB daxilində anti-Azərbaycan kampaniyasına təşəbbüs edərək Azərbaycana eyni bir təzyiqin göstərilməsinə cəhd edib.

Bəyanatda qeyd olunur ki, AB-nin Şimali Kiprə münasibətdə beynəlxalq təcrid rejiminin azaldılması zəruriliyini təsdiq etməsinə baxmayaraq rəsmi Brüssel kiprli türklərə münasibətdə mövqeyini daha da kəskinləşdirib.AB-nin mənfi mövqeyi Şimali Kiprlə humanist münasibətləri fəal inkişaf etdirməyə başlayan Bakıya qarşı da istisna deyil.

Qeyd olunur ki, Brüsselin həmin mövqeyi ŞKTC-nə beynəlxalq təzyiqin zəiflədilməsi arzusu barədə bəanatından köklü fərqlənir. Azərbaycan Lefkoşaya münasibətdə atdığı addımlarda ŞKTC-nə qarşı təcrid rejiminin tamamilə ləğv edilməsinə çağıran BMT Baş katibinin mövqeyinə əsaslanır.

Bəyanatda vurğulanır ki, AB-nin Azərbaycanın Şimali Kipr ilə yaxınlaşması məsələsində mövqeyi əsassız və mənfidir və həmin məsələyə belə yanaşma yolverilməzdir.

"ŞKTC dünya dövlətlərini Kiprin yunan icmasının tələblərinə tərəfdar olan AB üzvlərinin mövqeyinə qoşulmamağa çağırıb"-deyə sənəddə qeyd olunur.

Xəbər lenti

Xəbər lenti