...

Azərbaycan Müstəqillik gününü qeyd edir

Siyasət Materials 18 Oktyabr 2005 12:31 (UTC +04:00)

1991-ci il 18 oktyabrda Azərbaycanda Azərbaycanın dövlət müstəqilliyi barədə Konstitusiya aktı qəbul edilib.

1991-ci il avqustun 30-da isə Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında respublikanın dövlət müstəqilliyinin bərpa olunması barədə Bəyannamə qəbul edilib. Sənəddə bildirilir: "Azərbaycanın xalqının yüksək dövlət maraqlarına rəhbərlik etməklə və onun iradəsini ifadə edərək Azərbaycan Respublikasının Ali Soveti 1918-ci ildən 1920-ci ilə kimi Azərbaycan Respublikası beynəlxalq birlik tərəfindən tanınan müstəqil dövlət kimi mövcud olduğuna, Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının suverenliyi barədə Konstitusiya qanunlarına və Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinə əsaslanaraq, Azərbaycan xalqının azad inkişafının təminatı və taleyinə görə üzərinə götürdüyü məsuliyyəti dərk edərək, Azərbaycan Respublikasının vətəndaşlarının milli mənsubiyyətindən asılı olmayaraq onların hüquqlarına beynəlxalq hüquq aktları çərçivəsində tanınmasına zəmanət verərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyi üçün yaranan təhlükənin qarşısını almağa çalışaraq, respublikanın bütün vətənpərvər qüvvələrinin birləşməsinin zəruriliyini dərk edərək, Azərbaycan Respublikasının və onun xalqının maraqları ilə ziddiyyət təşkil etməyən beynəlxalq paktları, konvensiyaları və digər sənədləri tanıyaraq, SSR İttifaqına daxil olan bütün respublikalarla dostluq əlaqələrini bundan sonra da dəstəkləməklə, beynəlxalq birliyə üzv olan dövlətlərlə bərabər münasibətləri saxlamağa hazır olduğunu ifadə etməklə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, digər beynəlxalq paktlar və konvensiyalara möhkəmləndirilən prinsiplərə müvafiq olaraq Azərbaycan Respublikasının beynəlxalq birlik və BMT tərəfindən tanınacağına ümid edərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasını elan edir ".

Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi müstəqillik barədə Bəyannaməyə və Azərbaycan Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannaməyə əsasən Ali Sovet 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi barədə akt qəbul etdi və müstəqil Azərbaycan Respublikasının dövlət, siyasi və iqtisadi quruculuğunun əsaslarını təsis etdi. Həmin andan Azərbaycan dövlət müstəqilliyni əldə etdi, 18 oktyabr isə milli müstəqilliyin bayram edildiyi gün oldu.

Xəbər lenti

Xəbər lenti