...

Ehsan Zahidov: "DİN Rəsul Quliyevin həbsi ilə bağlı işini başa vurub"

Siyasət Materials 18 Oktyabr 2005 13:45 (UTC +04:00)

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi eks-spiker Rəsul Quliyevin həbs olunması ilə bağlı üzərinə düşən işi başa vurub". Bunu Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib.

"Onun ekstradisiyası məsələsi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu məşğul olacaq. İstintaq qrupunun ya bu gün, ya da sabah Ukraynaya yola düşəcəyi gözlənilir".

E.Zahidov oktyabrın 17-də baş vermiş hadisələrlə bağlı həbs olunanlar barədə müvafiq tədbirlər görüldüyünü də söyləyib. Onun sözlərinə görə, artıq məhkəmə həmin saxlanılanlar barədə müvafiq qərarlar çıxarıb və qanunvericilikdə nəzərdə tutulmuş şübhəli şəxs qismində saxlanma müddəti başa çatanadək bu şəxslər 1 və 3 saylı istintaq təcridxanalarına köçürüləcək.

Xəbər lenti

Xəbər lenti