...

Baltik və Cənubi Qafqaz ölkələri dövlət başçılarının sammiti mayda keçirilə bilər

Siyasət Materials 18 Oktyabr 2005 16:07 (UTC +04:00)

Baltik və Cənubi Qafqaz ölkələrinin dövlət başçılarının sammiti 2006-cı ilin mayında Vilnüsdə keçirilə bilər. Bu barədə Trend ə diplomatik mənbələrdən məlum olub.

Sammitə hazırlıq məsələləri dekabrda Brüsseldə Azərbaycan, Ermənistan, Gürcüstan, Litva, Latviya və Estoniyanın xarici işlər nazirlərinin 3+3 formatında keçiriləcək görüşündə müzakirə olunacaq. Bu görüş NATO-ya üzv ölkələrin və tərəfdaşların XİN Şurasının iclası çərçivəsində keçirilməsi planlaşdırılıb.

XİN rəhbərlərinin, eləcə də , Baltik və Cənubi Qafqaz ölkələri sammitinin keçirilməsi hazırlıq mərhələsindədir. Mayda keçiriləcək sammit XİN rəhbərlərinin 3+3 görüşündə gələcək əməkdaşlıq barədə razılıq əldə olunacağı zaman keçiriləcək.

Qeyd edək ki, Baltik və Cənubi Qafqaz ölkələrinin əməkdaşlığı təşəbbüsü Litvaya məxsusdur. Bu yaxınlarda Tbilisidə Gürcüstan və Gürcüstanın xarici işlər nazirləri birgə bəyanat imzalayıblar və Latviya, Estoniya, Azərbaycan və Ermənistan XİN rəhbərlərini Litvanın təşəbbüsünün vaxtının uzadılmasına çağırıblar. Bu məsələ, həmçinin, Litva prezidenti Valdas Adamkusun Bakıya qısamüddətli səfəri, eləcə də Litva və Ermənistan XİN rəhbərlərinin Vilnüsdəki görüşü zamanı da müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti