...

2005-ci ilin 3 rübü ərzində Lənkəranda abadlıq işlərinə $1,6 mln vəsait sərf olunub

Siyasət Materials 19 Oktyabr 2005 11:46 (UTC +04:00)

"2005-ci ilin 3 rübü ərzində Lənkəran şəhərində abadlıq işlərinə 7,5 mlrd manat ($1,6 mln) vəsait sərf olunub". Lənkəran şəhər İcra Hakimiyyətindən Trend ə verilən məlumata görə, 9 ay ərzində şəhərdə ümumi uzunluğu 11,7 km və sahəsi 100 min m2 olan 20 küçəyə asfalt döşənib və 9,7 km uzunluğunda su kanallarının təmiri üzrə işlər aparılıb. Həmçinin, yararsız körpülər və piyada keçidlər bərpa olunub.

Cari ilin sonuna kimi ümumi uzunluğu 6,3 km olan daha 10 küçəyə asfaltın döşnməsi və ümumi uzunluğu 12,6 km olan su kanallarının təmiri, o cümlədən kollektorların təmizlənməsi planlaşdırılır.

Bundan başqa, Biləsər, Gagiran, Günəgir dağ kəndlərində 38,4 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri, Günəgir kəndində 5 yeni körpünün tikilməsi nəzərdə tutulub. Bu işlərin həyata keçirilməsinə daha 3 mlrd manat ($0,65 mln) ayrılacaq.

Daxili vəsaitlər hesabına 7,1 km uzunluğunda kənd yolları təmir olunub və su kanalları təmizlənib.

Xəbər lenti

Xəbər lenti