...

"Azadlıq" bloku 23 oktyabr aksiyasının proqramında dəyişiklik edib

Siyasət Materials 19 Oktyabr 2005 13:07 (UTC +04:00)

"Azadlıq" blokunun oktyabrın 23-də keçirəcəyi aksiyada Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Rəsul Quliyevin azadlığa buraxılması, onun Azərbaycana qayıtmaq və seçkidə iştirak etmək hüququnun təmin olunması tələbləri səsləndiriləcək". Bu barədə Trend ə "Azadlıq" blokunun həmsədri Əli Kərimli məlumat verib. O bildirib ki, bundan sonrakı aksiyalar seçkinin demokratik keçirilməsi tələbləri ilə yanaşı, həm də R.Quliyevin müdafiəsinə həsr olunacaq.

Qeyd edək ki, oktyabrın 23-də şəhərin mərkəzi meydanlarından birində aksiya keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub. Müraciətdə mitinqin keçiriləcəyi yerlə bağlı 6 marşrut təklif edilib. Bakı Şəhər İcra Hakimiyyətinin müsbət cavab verməyəcəyi təqdirdə blok liderləri aksiyanın hansı meydanda keçirilməsinə qərar verəcəklər.

Xəbər lenti

Xəbər lenti