...

MSK seçicilərin 92,66 faizini seçici vəsiqələri ilə təmin edib

Siyasət Materials 19 Oktyabr 2005 13:38 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) 6 noyabr parlament seçkilərində səsvermə hüququna malik olan seçicilərin 92,66 faizi seçici vəsiqələri ilə təmin edilib. Bu barədə Trend ə MSK-nın Müstəqil Mətbuat Mərkəzindən məlumat verilib.

Oktyabrın 14-dək 125 seçki dairəsində səs verəcək 4 milyon 662 min 416 seçicinin 4 milyon 320 min 229 nəfərinə seçici vəsiqələri verilib. Müstəqil Mətbuat Mərkəzindən bildirilib ki, seçici vəsiqələrinin verilməsi davam etdirilir. Vətəndaşların seçici vəsiqələri ilə bağlı yaranmış problemlərini MSK-da yaradılmış "qaynar xətt"ə zəng vurmaqla həll elə bilərlər.

Xəbər lenti

Xəbər lenti