...

Büdcə zərfinə daxil olan qanun layihələri müzakirə edilib

Siyasət Materials 19 Oktyabr 2005 14:08 (UTC +04:00)

Milli Məclisin oktyabrın 19-da keçirilən iclasında Azərbaycan Respublikası nın 2006-cı il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrini müzakirə edilib. Trend xəbər verir ki, ilk müzakirə edilən qanun layihəsi "AR-nın dövlət sosial müdafiə fondunun 2006-cı il büdcəsi haqqında" AR-nın qanun layihəsi olub.

Adıçəkilən qanun layihəsi haqqında ilk çıxış edən MM-in sosial siyasət daimi komissiyasının sədri Xadı Rəcəbli qeyd edib ki, bu qanun layihəsində pensiyalarının artırılması və pensiya təminatının yaxşılaşdırılması nəzərdə tultulub. X.Rəcəbli bildirib ki, əmək pensiyaları üzrə ödənişlərin 82,4% pensiyaların bazis hissəsinin, 17,6% (90 milyon manat) isə sığorta hissəsinn payına düşəcək. "2006-cı il pensiya və müaviinətlərin əhaliyə çatdırılması bank əməliyyatlarının aparılmasına görə, xidmət haqqlarının xərci 6,8 milyon manat təşkil edəcək.

Daha sonra adıçəkilən qanun barəsində çıxış edən Dövlət sosial müdafiə fondunun sədri Səlim Müslimov isə qeyd edib ki, əhalinin real pul gəlirləri 45% artıb, pensiya və müavinatlərin 2002-2005-ci il artımısı isə 63,8% təşkil edib. "Büdcə zərfinə daxil olan digər - "Sosial sığorta haqqında" nəzrdə tutulan qanun layihsi barədə məlumat verən S.Muslimov bildirib:"Dövlət sosial müdafiə fondunda 947 min nəfərdən çox işçi qeydə alınıb. Onların da hər biri üçün fərdi uçot aparılır. Bu işçilərdn tutulan sosial sığorta haqqları mərkəzləşdirilmiş sistemlə hesablanacaq. S.Müslimov həmçinin qeyd edib ki, pensiyaların təyin olunması və paylanmasında vahid sistem yozdur. Bu da 70-ə yaxın müxtəli güxəştlərlə əlaqəlidir. S.Müslimov onu da bildirdi ki, Dövlət sosial müdafiə fondunun 2006-cı il büdcə gəlirləri 567,6 milyon manat , xərclər də eyni məbləğ təşkil edəcək. 2006-cı ildə orta aylıq əmək pensiyası isə artım 26,3% proqnozlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti