...

Kərim Kərimov: "Əli Kərimli ilə İsa Qəmbər Rəsul Quliyevi tora salıblar"

Siyasət Materials 19 Oktyabr 2005 18:29 (UTC +04:00)

"Əli Kərimli ilə İsa Qəmbər Rəsul Quliyevi hiyləgərlikdə üstüləyib onu tora sala biliblər". Trend xəbər verir ki, bu barədə millət vəkili Kərim Kərimov parlamentin oktyabrın 19-da keçirilən növbəti iclasında deyib.

K.Kərimov onu da bildirib ki, Əli Kərimli ilə İsa Qəmbər hüquq-mühafizə orqanlarının görə bilmədiyi işi məharətlə həyata keçirə biliblər: "Axtarışda olan Rəsul Quliyevin Azərbaycana gətirilməsini təşkil etdilər. Hesab edirəm ki, onların bu xidmətləri layiqincə qiymətləndirilməlidir".

K.Kərimov müxalifətdəki etibarlı mənbədən aldığı bir məlumatı da diqqətə çatdırıb: "Rəsul Quliyev Azərbaycana məxsusi təyyarə ilə gələ bilsəydi "Azadlıq" bloku adından yaxın günlərdə dövlət başçısına ultimatum göndərilməliydi. Ultimatumda Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevlə daxili işlər naziri Ramil Usubovun istefası tələb olunacaqdır".

Millət vəkili onu da bildirib ki, radikal müxalifət seçki kampaniyasından istifadə edib dövlət çevrilişinə cəhd göstərir.

Xəbər lenti

Xəbər lenti