...

Daniel Frid: Demokratik seçkilər Azərbaycanı ABŞ və Avropaya daha çox yaxınlaşdırar

Siyasət Materials 20 Oktyabr 2005 14:52 (UTC +04:00)
Daniel Frid: Demokratik seçkilər Azərbaycanı ABŞ və Avropaya daha çox yaxınlaşdırar

Demokratik və azad seçkilər Azərbaycanı ABŞ və Avropaya daha çox yaxınlaşdırar. Trend in məlumatına görə, bu barədə oktyabrın 20-də Bakıda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Daniel Frid Bakı Dövlət Universitetinin kollektivi qarşısında çıxış edərkən bildirib.

Daniel Frid bildirib ki, demokratik seçkilər Azərbaycan üçün gələcəkdə ABŞ-la strateji əməkdaşlıqda və Avropaya inteqrasiyada böyük imkanlar açar və daha uzunmüddətli sabitliyi təmin edər. "Məhz seçkilər ölkənin hansı inkişaf prosesində olduğunu və kimə xidmət etdiyini müəyyən edir", -deyə o qeyd edib. Diplomat Azərbaycanın şəffaf və açıq, korrupsiyanın səviyyəsi isə cüzi olmasının vacib olduğunu hesab edir.

D.Frid azad və demsokratik seçkitlərin keçirilməsinin Azərbaycan xalqının öz əlində olduğuna əmin olduğunu ifadə edib. O, prezidentin demokratik seçkilər istiqamətində atdığı addımları, üzərinə götürdüyü öhdəlikləri, eləcə də MSK-nın fəaliyyətini müsbət qiymətləndirib. Buna baxmayaraq, diplomat hələ qarşıda görülməli işlərin çox olduğunu da bildirib. Seçkilərə qədər qalan dövrdə bu addımları təkmilləşdirmək, onların davamlı olmasını təmin etmək vacibdir.

Xəbər lenti

Xəbər lenti