...

ABŞ İran məsələsində Azərbaycanla əməkdaşlığa ümid edir

Siyasət Materials 20 Oktyabr 2005 15:31 (UTC +04:00)

Abş İran məsləsində Azərbaycanla əməkdaşlığa inanır. Trend in məlumatına görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Daniel Frid bəyan edib.

O qeyd edib ki, Vaşinqton və onun müttəfiqləri İranın nüvə siyasəti, eləcə də bu ölkədə demokratiyanın mövcud olmaması ilə bağlı böyük narahatlıq keçirir. "Beynəlxalq birlik İranın öz nüvə proqramını dayandırmaqla bağlı mövqeyində yekdildir və ABŞ bu məsələdə Azərbaycanla da bir fikirdə olacağına ümid edir", -deyə D. Frid qeyd edib.

ABŞ-ın öz hərbi bazalarını Azərbaycanda yerləşdirməsinə gəldikdə, amerikalı diplomat qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanda ABŞ-ın irimiqyaslı hərbi bazalarının yerləşdirilməsi planlaşdırılmayıb.

Eyni zamanda, D. Frid Azərbaycan ərazisində böyük olmayan hərbi qüvvələrin yerləşdirilməsi imkanlarını da təkzib etməyib. "Biz Azərbaycanla hərbi sahədə əməkdaşlığımızı davam etdirəcəyik", -deyə dövlət katibinin nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti