...

Səhiyyə naziri vəzifəsindən azad edildi

Siyasət Materials 20 Oktyabr 2005 16:28 (UTC +04:00)
Səhiyyə naziri vəzifəsindən azad edildi

Trend ə daxil olan məlumatlara görə, səhiyyə naziri Əli İnsanov tutduğu vəzifədən azad edilib.

Əli İnsanov 1946-cı il martın 22-də Ermənistan SSR-in Ləmbəli kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki ATU) daxil olub. 1972-ci ildə müalicə-profilaktika fakultəsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan Elmi Tədqiqat Vərəm İnstitutunda başlayan Ə.İnsanov institutda əvvəlcə kiçik, sonra isə böyük elmi əməkdaşı, şöbə müdiri, elmi hissə üzrə direktor müavini kimi çalışıb. 1985-ci ildən isə institutun direktoru təyin edilib.

1993-cü ildə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Xəbər lenti

Xəbər lenti