...

Rəsul Quliyev Azərbaycana qayıdan kimi həbs ediləcək

Siyasət Materials 20 Oktyabr 2005 17:40 (UTC +04:00)

ADP sədri Rəsul Quliyev Azərbaycana qayıdan kimi Azərbaycan Respublikası Baş Prokurorluğunun onun həbsi ilə bağlı qərarı dərhal icra olunacaq. Trend bu məlumatı Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən əldə edib.

Hər iki qurumun mətbuat xidməti bildirib ki, Rəsul Quliyevin siyasi mühacir olması Azərbaycanın Baş Prokurorluğunun onun həbsi ilə bağlı olan qərarını dəyişmir.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının rəhbərləri isə hələlik Simferopol məhkəməsinin R.Quliyevin azadlığa buraxılması ilə bağlı çıxardığı qərara rəsmi münasibət bildirməyib.

Xəbər lenti

Xəbər lenti