...

Səyavuş Novruzov: "Müxalifət seçkiləri baykot qərarını qəbul etməkdə çox gücsüzdür"

Siyasət Materials 20 Oktyabr 2005 18:42 (UTC +04:00)

"Bugünkü müxalifət seçkiləri baykot qərarını qəbul etməkdə çox gücsüzdür". Trend xəbər verir ki, bu barədə jurnalistlərə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, müxalifət hər seçkiöncəsi seçkiləri baykot etmək barədə fikirlər irəli sürməklə ictimaiyyəti çaşdırmaqla yanaşı seçkilərin demokratik keçirilməsinə çalışıb: "Müxalifət öz zəifliyini ört-basdır etmək üçün son anda bu addımı ata bilər. Bunun da heç bir effekt verə biləcəyinə inanmaq olmaz. Çünki Azərbaycan müxalifətinin nəyə qadir olduğunu xalq yaxşı bilir. Bundan əvvəlki seçkilərdə də müxalifətdən olan müxtəlif qruplar seçkiləri baykot etmək barədə qərar çıxarıb. Nəticəsi də göz qabağındadır".

S.Novruzov onu da qeyd edib ki, seçkilərə 2000-ə yaxın namizəd qoşulub. Onlardan 1600-ü heç bir partiyada təmsil olunmur: "Seçkiləri baykot qərarına bir partiya gələ bilər. Hansı ki, 5-6 namizədlə seçkiyə qatılıb. Yerdə qalan namizədlər seçkilərdə iştirak edəcək".

Xəbər lenti

Xəbər lenti