...

Ədliyyə nazirinin müavini Vyanada işgüzar səfərdədir

Siyasət Materials 20 Oktyabr 2005 19:01 (UTC +04:00)

Azərbaycan Respublikası ədliyyə naziri Fikrət Məmmədovun müavini Toğrul Musayev Vyanada işgüzar səfərdədir. Bu barədə Trend ə Ədliyyə Nazirliyindən məlumat verilib.

T.Musayev BMT-nin Vyana şöbəsində keçirilən Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı (TMCQ) Konvensiyasını ratifikasiya etmiş İştirakçı-Dövlətlərin Konfransının 2-ci sessiyasında iştirak edir.

Nazir müavini konfrans çərçivəsində BMT-nin Baş katibinin müavini, BMT-nin Vyana Şöbəsinin Baş Direktoru, bu qurumun Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin İcraçı Direktoru Antonio Maria Kosta, həmin idarənin İcraçı İcraçı Direktorunun müavini xanım Sumru Noyan ilə görüşüb. Bu görüşlər zamanı beynəlxalq cinayətkarlığa qarşı qlobal mübarizədə Azərbaycanla BMT arasında əməkdaşlığın daha da gücləndirilməsi yolları müzakirə edilib. BMT rəsmiləri tərəfindən ölkəmizə səmərəli rəsmi səfərləri çərçivəsində keçirilmiş faydalı danışıqlara toxunulub. Azərbaycanda mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində görülən işlər, həmçinin aparılan məhkəmə-hüquq islahatları, xüsusilə ölkəmizin BMT TMCQ Konvensiyasının 3-cü Protokoluna və BMT Korrupsiyaya qarşı Konvensiyasına qoşulması alqışlanıb.

Tədbir çərçivəsində Toğrul Musayev həmçinin 2-ci sessiyanın Prezidenti seçilmiş səfir İvo Boçevlə (Bolqarıstanın BMT Vyana yanında Daimi Nümayəndəsi) də görüşüb. Cənab Boçev Azərbaycan hökuməti tərəfindən Konvensiyanın müddəalarının həyata keçirilməsi ilə əlaqədar atdığı addımları yüksək qiymətləndirdiyini bildirib.

Azərbaycanın nümayəndə heyəti Kofransın 2-ci sessiyasında iştirakını davam etdirir.

Xəbər lenti

Xəbər lenti