...

Natiq Əliyev: BTC Co 2005-ci ildə Azərbaycan neftinin ilk tankerinin daşınmasına dair planı saxlayır

Siyasət Materials 20 Oktyabr 2005 19:15 (UTC +04:00)
Natiq Əliyev: BTC Co 2005-ci ildə Azərbaycan neftinin ilk tankerinin daşınmasına dair planı saxlayır

BTC Co şirkəti Türkiyənin Ceyhan limanından Azərbaycanın Azəri Light neftinin ilk tankerinin daşınması barədə planlaşdırdığı qrafiki dəyişməiyb. Oktyabrın 20-də BTC Co şirkətinin baş direktoru, eyni zamanda ARDNŞ rəhbəri Natiq Əliyev eksklüziv olaraq Trend ə bildirib ki,şirkət BTC ilə çatdırılacaq neftin ilk tankerini 2005-ci ildə daşımağı planlaşdırır.

"Biz çalışırıq ki, Ceyhandan ilk neft tankeri 2005-ci ilin dekabrın sonunda daşınsın" -deyə N.Əliyev qeyd edib.

Qeyd edək ki, Reuters-ə müsahibəsində BP Azerbaijan şirkətinin başçısı Devid Vudvord deyib ki, Azərbaycan neftinin ilk tankeri Ceyhandan 2006-cı ilin birinci rübündə daşına bilər yaxud əvvəlcədən bildirilmiş vaxtdan bir neçə həftə gec daşına bilər. "Bu, bizim nəzərdə tutduğumuzdan bir az çox vaxt aparacaq.2005-ci ilin dördüncü rübü son dərəcə gərgin olacaq.Mən düşünürəm ki, bu, (ilk neftin daşınması) gələn ilin birinci rübündə baş verə bilər" -deyə D.Vudvord bildirib.

Xəbər lenti

Xəbər lenti