...

D. Frid: ABŞ heç vaxt demokratiyanı neftə qurban verməz

Siyasət Materials 20 Oktyabr 2005 21:01 (UTC +04:00)

ABŞ heç vaxt demokratiyanı neftə qurban verməz.Amma unutmaq olmaz ki, "inqilab" demokratik inkişafın ən pis üsullarından biridir və mənim nəzərimcə, dövlətlərdə istənilən dəyişikliklər konstitusiya, islahatlar və daxili siyasi sabitliyin saxlanılması nəzərə alınmaqla baş verməlidir. Trend bildirir ki, oktyabrın 20-də Bakıda keçirilən mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Daniel Frid bu barədə bəyan edib.

Amerikalı diplomat bildirib ki, Bakıya səfəri çərçivəsində prezident İlham Əliyev, XİN başçısı, müdafiə, maliyyə nazirləri, MSK sədri və ölkənin müxtəlif siyasi partiya liderləri ilə görüşlər keçirilib.

"Səfərimizin əsas məqsədi ölkədəki seçkiqabağı vəziyyətin öyrənilməsidir.Belə ki, Vaşinqton Azərbaycanda demokratik və şəffaf seçkilərin keçirilməsinə böyük əhəmiyyət verir" -deyə D. Frid bildirib.O. bildirib kiÖ dövlət başçısı ilə görüşdə prezidentin 11 may 2005-ci il tarixli "Azərbaycanda seçki təcrübəsinin təkmilləşdirilməsi haqqında" sərəncamının icrasının zəruriliyi qeyd olunub. "Seçkilərə 17 gün qalır və prezident İ. Əliyev seçki prosesində problemlərin şəll edilməsi məqsədilə öz nüfuzundan faydalanmalıdır" -deyə D. Frid bildirib.

Diplomat bəyan edib ki, ABŞ Rusiya ilə strateji mübarizə aparmır.O. qeyd edib ki, Vaşinqton heç vaxt "narıncı inqilablar" ideyasını dəstəkləməyib və dünyanın müxtəlif yerlərinə inqilabi ideyalar ixrac etməyə cəşd etmir.

Görüşdə həmçinin ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Stiven Mənn (Steven Mann) və ABŞ-nın Azərbaycandakı səfiri Rino Harniş iştirak edib.

Xəbər lenti

Xəbər lenti