...

Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" blokuna şəhərin mərkəzində aksiya keçirməsinə izacə vermədi

Siyasət Materials 21 Oktyabr 2005 13:45 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" blokunun oktyabrın 23-ə planlaşdırdığı aksiyasının onların göstərdiyi ünvanlarda keçirilməsinə izacə verməyib. Bu barədə Trend ə Bakı Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" blokunun təklif etdiyi "Azadlıq", "Cəfər Cabbarlı", "Füzuli", "Nəriman Nərimanov", "Gənclik", Milli Elmlər Akademiyasının qarşısındakı meydanlarda mitinq keçirilməsini məqsədəuyğun saymayıb. Bu qərar şəhərin mərkəzi yerləri olan həmin ünvanlarda əhalinin və nəqliyyatın gur olması ilə əsaslandırılıb. Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" blokunun əvvəlki aksiyalar zamanı müraciətlərinə verdiyi cavabı bu dəfə də təkrarlayıb və yürüş-mitinq üçün bir neçə marşrut təklif edib. Bunlar "Matodrom", "Qələbə" meydanı, "Ukrayna dairəsi", Azərneftyağ zavodunun stadionudur.

"Azadlıq" blokundan isə bildiriblər ki, Bakı Şəhər İcra Hakimiyyətinin cavabı və təklifi ilə razılaşmayacaqlar və oktyabrın 23-də metronun "28 May" stansiyası yaxınlığında Cəfər Cabbarlı heykəlinin qarşısındakı meydanda mitinq keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti