Estoniya Gürcüstanda Azərbaycanla Ermənistanın maraqlarının təmsil olunacağı səfirlik açacaq. Bu barədə Trend ə diplomatik mənbələrdən məlum olub.
Səfirliyin açılması 2006-2009-cu illərdə ölkə nümayəndəliklərinin fəaliyyətinin inkişaf proqramında nəzərdə tutulub. Sənədə əsasən, Estoniya xarici ölkələrdə 4 yeni nümayəndəliyini açacaq. Səfirliklərin Gürcüstan və Bolqarıstanda açılması nəzərdə tutulur. Bu məqsədlə diplomatik nümayəndəliklərin açılmasına hazırlıqla məşğul olacaq diplomatlar 2006-cı ildə Tbilisiyə göndəriləcəklər.
Gürcüstanda səfirliyin 2007-ci ildə açılacağı planlaşdırılıb.