...

Seçkidə iştirak edən namizədlərin sayı 1980-ə endi

Siyasət Materials 21 Oktyabr 2005 14:42 (UTC +04:00)

Noyabrın 6-da keçiriləcək parlament seçkilərində iştirak edən deputatlığa namizədlərin sayı getdikcə azalır. Mərkəzi Seçki Komissiyasından (MSK) Trend ə verilən məlumata görə, daha 16 nəfər namizəd könüllü şəkildə namizəliyini geri götürüb. Bununla da namizədliyini geri götürənlərin sayı 80-ə çatıb. Ümumilikdə isə qeydə alınmış namizədlərdən oktyabrın 21-dək 83 nəfər namizəd seçki prosesindən kənarlaşıb. Onlardan 80-i namizədliyini özü geri götürüb, 3 nəfərin namizədliyi isə MSK tərəfindən ləğv olunub. Beləliklə, hazırda seçkidə iştirak edən namizədlərin sayı 1980-dır.

Qeyd edək ki, namizədlərin qeydə alınması mərhələsində ümumilikdə 2063 nəfərin deputatlığa namizədliyi qeydə alınmışdı.

Xəbər lenti

Xəbər lenti