...

Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsində bəzi xərclər artırılıb

Siyasət Materials 21 Oktyabr 2005 15:09 (UTC +04:00)

"Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsində nəzərdə tutulan xərclər bəzi sahələr üzrə artırılıb". Trend xəbər verir ki, bu barədə maliyyə naziri Əvəz Ələkbərov parlamentin oktyabrın 21-də keçirilən növbəti iclasında bildirib.

Nazir qeyd edib ki, diasporun inkişaf etdirilməsi üçün Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin 2006-cı il dövlət büdcəsində göstərilən xərcləri 400 min manat artırılıb. "Bundan əlavə, Azərbaycan Dövlət İqtisad Universitetinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə 100 min manat, ayrı-ayrı xərc maddələri üzrə yaranmış zəruri tələbatların ödənilməsi üçün Azərbaycan Respublikası prezidentinin İcra Apartının saxlanılması xərcləri 250 min manat artırılıb".

Ə.Ələkbərov onu da bildirib ki, "Azərpoçt"un zərərinin ödənilməsi ilə bağlı Maliyyə Nazirliyi tərəfindən verilən transfertin həcmi daha 20 min manat, Azərbaycan prezidenti yanında yaradılan dövlət qulluğu məsələri üzrə xüsusi komissiyanın xərcləri 40 min manat, Xarici İşlər Nazirliyinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qorunub saxlanılması xərcləri 300 min manat, Qobustan və Abşeron rayonlarının idarəetmə xərcləri 32 min manat, Kənd Təssərrüfatı Nazirliyi yananda Dövlət Melorasiya və Su Təssərrüfatı Agentliyinin elektrik enerjisinə olan təlabatını ödəmək üçün əlavə olraq 1,5 milyon manat vəsait ayrılıb.

Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV QSC) 15 rayondakı radio qovşağları və səsyazma studiyası Mədəniyyət Nazirliyinin sərəncamına verildiyindən AZTV QSC-nin xərcləri 385,7 min manat azaldılaraq Mədəniyyət Nazirliyinin büdcəsinə köçürülüb.

Xəbər lenti

Xəbər lenti