...

Keçmiş səhiyyə naziri Rəsul Quliyevin hakimiyyəti zorla ələ keçirmək planlarını dəstəkləyib

Siyasət Materials 21 Oktyabr 2005 18:40 (UTC +04:00)

Aparılan operativ-istintaq tədbirləri nəticəsində Azərbaycanın keçmiş səhiyyə naziri Əli İnsanovun Azərbaycan Demokratik Partiyasının liderinin ölkədə hakimiyyəti zorla ələ keçirmək kimi cinayətkar planları ilə əlaqəsi olduğu müəyyən edilib. Trend in məlumatına görə, bu barədə Milli Təhlükəsizlik, Daxili İşlər Nazirliklərinin və Azərbaycanın Baş prokurorluğunun birgə bəyanatında bildirilir.

Müəyyən edilib ki, bu planın əsas təkib hissəsi kimi Əli İnsanov R.Quliyevin beynəlxalq hava limanında kütlənin toplaşmasını, eləcə də silahlı təxribat qruplarının ictimai asayiş qüvvələri ilə toqquşmasının təşkili üçün zəruri maliyyə vəsaiti ilə təmin edən şəxslərdən biridir. İstintaq göstərir ki, R.Quliyevin tapşırıqlarını yerinə yetirən keçmiş maliyyə naziri Fikrət Yusifov dəfələrlə Ə.İnsanovla görüşüb və ondan hakimiyyətin zorla ələ keçirilməsi planının həyata keçirilməsi üçün lazım olan vəsaitin ayrılması barədə tapşırıqlar verib. F.Yusifov 2005-ci ilin avqustunda Ə.İnsanovla əlaqə yaradaraq onunla Novxanı-Sumqayıt şossesindəki "Flaqman" restoranında görüşüb.Söhbət zamanı Ə.İnsanov dövlət əleyhinə planları dəstəkləyərək hərtərəfli yardım göstərəcəyini vəd edib və R.Quliyevi buna inandırmağa xahiş edib. F.Yusifov avqust ayında R.Quliyevlə Sankt-Peterburqda görüşərək Ə.İnsanovun kömək etməklə bağlı qətiyyətli olması barədə onu məlumatlandırıb və bundan sonra ona $100 min ayırmaq barədə tapşırıq verilib.

Sentyabrın sonlarında Ə.İnsanov F.Yusifova bu məbləği istənilən vaxt ayırmağa hazır olduğunu və ertəsi gün Səhiyyə Nazirliyinin İşlər İdarəsinin müdiri Arzu Ələkbərovaya (F.Yusifovun qohumu) 100 min dollar verib. Oktyabrın 14-də Ə.İnsanov təkrarən $100 min dollar vəsait ayırıb. F.Yusifov öz növbəsində R.Quliyevin göstərişi ilə təyinat üzrə $50 min göndərib, ikinci hissəni isə növbəti göstərişin yerinə yetirilməsi üçün saxlayıb. Bu vəsait, digərləri ilə yanaşı axtarış zamanı F.Yusiyovun evindən tapılıb. İstintaq zamanı ifadə verən A.Ələkbərova yuxarıda göstərilənləri təsdiq edib.

Güc strukturlarının bəyanatında həmçinin bildirilir ki, oktyabrın 20-də Ə.İnsanov şübhəli şəxs qismində saxlanılıb.

Məlumatda bildirilir ki, aparılan istintaq-əməliyyat tədbirləri zamanı Səhiyyə Nazirliyinin əczaçılıq və tibbi avadanlıqlar şöbəsinin rəisi Akif Məhərrəmov da edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə, dövlət əmlakını mənimsəməkdə və rüşvətxorluqda ittiham edilir.

Xəbər lenti

Xəbər lenti