...

"Azadlıq" bloku Nərimanov metrosu ətrafında aksiya keçirməyə cəhd göstərib

Siyasət Materials 23 Oktyabr 2005 18:20 (UTC +04:00)
"Azadlıq" bloku Nərimanov metrosu ətrafında aksiya keçirməyə cəhd göstərib

"Azadlıq" blokunun üzvləri oktyabrın 23-də metrounun Nəriman Nərimanov stansiyası yaxınlığında aksiya keçirməyə cəhd göstərib. Trend in məlumatına görə, saat 16.00 radələrindən başlayaraq müxalifətçilər müxtəlif istiqamətlərdən metronun qarşısında meydana tərəf hərəkət etməyə başlayıblar.

Meydanın qarşısındakı Təbriz küçəsi, Ağa Nemətulla və digər küçələr, meydana gedən yollar polis qüvvələri tərəfindən nəzarətə götürülmüşdü. Aksiyanı başlamağa çalışan müxalifətçilərin cəhdləri dərhal polis əməkdaşları tərəfindən alınırdı. Meydana tərəf hərəkət etməyə çalışan aksiyaçılar polislər tərəfindən saxlanılaraq polis bölmələrinə aparılıblar. Nərimanov kinoteatrının qarşısında planlaşdırılan izacəsiz aksiyanın qarşısını alınıb.

Qeyd edək ki, həmin gün saat 14.00-dan metronun "28 May" stansiyası qarşısındakı meydanda da aksiya keçirilməsinə yol verməmək üçün Cəfər Cabbarlı heykəlinə gedən bütün yollara polis qüvvələri yerləşdirilmiş, heykəlin qraşısından keçən "Azadlıq" prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı. Həmçinin, ətrafdakı Füzuli, Xaqani, Dilarə Əliyeva, Rəşid Behbudov və digər küçələr də polislərin nəzarəti altında idi. Lakin burada mitinq keçirilməsi nəzərdə tutulmadığından ciddi bir qarşıdurma və həbslər olmayıb.

Xəbər lenti

Xəbər lenti