...

Müsavat Partiyası Ukraynada iki siyasi partiya ilə əməkdaşlıq memorandumu imzalayıb

Siyasət Materials 24 Oktyabr 2005 14:14 (UTC +04:00)

Müsavat Partiyası Ukraynanın hakim - Xalq Birliyi Bizim Ukrayna Partiyası və Pora Partiyası ilə əməkdaşlıq memorandumu imzalayıb. Trend xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı İsa Qəmbər Ukrayna səfəri ilə bağlı oktyabrın 24-də keçirdiyi mətbuat konfransında bildirib.

İ.Qəmbər qeyd edib ki, memorandum Xalq Birliyi Bizim Ukrayna Partiyasının oktyabrın 20-də keçirdiyi toplantıda imzalanıb: "Sazişi həmin partiyanın sədri, hazırda Ukraynanın baş nazirinin müavini Roman Bessmertnıy imzalayıb. Bu saziş 2003-cü il deyabrın 14-də "Bizim Ukrayna" bloku ilə "Bizim Azərbaycan" bloku arasında imzalanan sazişin təkmilləşdirilmiş formasıdır".

Müsavat Partiyasının başqanı onu da qeyd edib ki, Ukraynanın Beynəlxalq Demokratiya institutunun İnterfaks agentliyinin ofisində "Ukrayna, Azərbaycan nefti, yoxsa demokratiya" mövzusu ilə bağlı keçirdiyi toplantısında da iştirak edib.

İ.Qəmbər Ukraynada həbs olunaraq məlum səbəblər üzündən azadlığa buraxılan Rəsul Quliyevlə oktyabrın 20-də Kiyevdə görüşdüyünü də bildirib. İ.Qəmbər R.Quliyevin seçkiyə qədər Azərbaycana gəlmək qərarında israrlı olduğunu qeyd edib.

Qeyd edək ki, Ukrayanının hakim - Xalq Birliyi Bizim Ukrayna Partiyası "Bizim Ukrayna" blokunun yeni hüquqi varisi kimi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti