...

Azadlıq" seçki bloku "Yeni Siyasət" (YES) seçki blokundan cavab gözləyir

Siyasət Materials 24 Oktyabr 2005 14:38 (UTC +04:00)

"Azadlıq" seçki bloku "Yeni Siyasət" (YES) seçki blokundan cavab gözləyir". Trend xəbər verir ki, bu barədə "Azadlıq" seçki blokunun təsisçilərindən olan Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

Qeyd edək ki, bir müddət bundan öncə "YES" "Azadlıq" seçki blokuna əməkdaşlıq barədə saziş layihəsi təqdim etmişdi. Lakin "Azadlıq" seçki blokunun layihəyə seçkilərin nəticələrinin birgə qiymətləndirilməsi ilə bağlı müddəanın salınması təklifi "YES"i bir qədər fikirləşməyə vadar etmişdi.

İ.Qəmbər qeyd edib ki, "YES" seçki blokunun "Azadlıq" seçki blokuna təqdim etdiyi əməkdaşlıq barədə sazişi indi qəbul etməyə hazırdırlar: "Nöqtəsinə vergülünə toxunmadan həmin sazişi imzalamağa günü sabah razıyıq. Ancaq onlar hələlik bu barədə qərar verməyiblər. Bu da bizi təəccübləndirir".

Müsavat başqanı onu da bildirib ki, tərəflər arasında artıq müzakirə olunacaq heç bir məsələ qalmayıb: "Biz onlara bildirdik ki, saziş layihəsini qeyd-şərtsiz qəbul edirik. Ancaq görünür onlar verdikləri təkliflərin arxasında durmurlar".

Xəbər lenti

Xəbər lenti