...

MSK-nın növbəti iclası keçirilib

Siyasət Materials 24 Oktyabr 2005 20:16 (UTC +04:00)

Oktyabrın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iczası keçirilib. Trend in məlumatına görə, iclasda əsasən bəzi seçki dairələrinin tərkibində dəyişiklik edilməsi barədə müraciətlərə baxılıb.

MSK-ya 21 saylı Nizami birinci seçki dairəsindən, 35 saylı Xətai üçüncü, 68 saylı Cəlilabad kənd və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairələrindən həmin seçki dairələrin seçki komissiyalarının üzvləri bu vəzifədən azad olunmaları barədə müraciət ediblər. Müzakirələrdən sonra həmin dairələrdə MSK-ya müraciət etmiş üzvlərin başqaları ilə əvəz olunmasına dair qərar çıxarılıb. Sonra MSK-nın fəaliyyəti ilə bağlı cari məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti