...

Azərbaycanın səsvermə hüququ olan əhalisinin 97%-i şəxsiyyət vəsiqəsi ilə təmin edilib

Siyasət Materials 24 Oktyabr 2005 20:42 (UTC +04:00)

Azərbaycanın səsvermə hüququ olan vətəndaşlarının 97%-i şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Trend bildirir ki, oktyabrın 24-də Azərbaycanın daxili işlər naziri Ramil Usubov Qərbi Avropa birliyi Assambleyasının (QABA) - Avropada təhlükəsizlik və müdafiə parlamentlərarası assambleyasının sədri Stef Qorisi qəbul edərkən bəyan edib.

Nazir əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının əməkdaşları seçkilər zamanı öz üzərlərinə düşən vəzifələri qanun çərçivəsində yerinə yetirəcək.Eyni zamanda nazir Azərbaycanın mütəşəkkil transmilli cinayətkarlığın ayrı-ayrı təzahürləri, o cümlədən terrorizm və narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizədə üzləşdiyi problemlər barədə məlumat verib.

Öz növbəsində S.Qoris QABA-nın Azərbaycanın Avropaya inteqrasiyasında maraqlı olduğunu bildirib.O, təmsil etdiyi təşkilatın mütəşəkkil transmilli cinayətkarlıqla mübarizəyə böyük əhəmiyyət verdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti