...

Hakimliyə namizədlərin növbəti imtahanı seçkidən sonra baş tutacaq

Siyasət Materials 25 Oktyabr 2005 15:08 (UTC +04:00)

Hakimliyə namizədlərin imtahanlarının növbəti mərhələsi parlament seçkilərindən sonra həyata keçiriləcək. Bu barədə Trend ə Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov məlumat verib.

"Məhkəmə-Hüquq Şurası hazırkı hakim korpusunda fəaliyyət göstərən hakimlərin fəaliyyətini araşdırmaqla məşğuldur. Ötən 5 il ərzində fəaliyyətində nöqsanlar aşkar edilmiş hakimlərin fəaliyyətinə fərdi qaydada xitam veriləcək" - deyə C.Hüseynov söyləyib.

Qeyd edək ki, hakimliyə namizədlərin ilk imtahanı sentyabrın 18-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilib və 223 namizəd nəzərdə tutulmuş balı toplayaraq növbəti mərhələyə vəsiqə əldə edib. Növbəti mərhələdə isə namizəd-hüquqşünaslar savadlarını inşa yazmaqla sınayacaq.

Xəbər lenti

Xəbər lenti