...

Rəsul Quliyevin Azərbaycana mümkün səfərinin müddəti müəyyən edilib

Siyasət Materials 25 Oktyabr 2005 15:08 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Rəsul Quliyev oktyabrın 31- i- noyabrın 3-ü aralığında Azərbaycana gələcək. Trend in məlumatına görə, bu barədə qərar oktyabrın 25-də R.Quliyevin hüquqlarının müdafiəsi üzrə Milli Komitənin iclasında qəbul olunub.

Milli Komitənin iclasına telefon vasitəsilə Rəsul Quliyev özü də qoşulub. ADP lideri tərəfdarlarına onun qayıdışının dəstəklənməsi yönündə apardıqları mübarizəni davam etdirməyi və daha aktiv olmalarını tövsiyə edib. O, ölkəyə qayıdışı ilə bağlı digər məsələləri də müzakirə edib. Sonra Azərbaycana qayıdacağı tarix barədə məlumat verib. ADP lideri bildirib ki, 31 oktyabr - 3 noyabrın arasındakı müddət ərzində mütləq Azərbaycanda olacaq. Onun sözlərinə görə, qayıdışı ilə bağlı beynəlxalq təşkilatlarla, xarici təşkilatların rəsmilərlə danışıqlar aparırılır. Buna görə hələki ölkəyə gələcəyi konkret günü açıqlamır. Amma tərəfdarlarını bu üç gün ərzində Azərbaycana gələcəyinə əmin edib.

ADP lideri bildirib ki, təyyarə ilə Azərbaycana gələcəyi günün tarixi bundan iki gün əvvəl elan ediləcək. Milli Komitənin üzvləri isə onun qayıdışı və qarşılanma mərasiminin təşkili ilə bağlı öz təkliflərini veriblər. ADP sədrinin həm aeroportda qarşılanması zamanı, həmçinin, həmin gün Bakının mərkəzi meydanlarında mitinqlər keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Baş prokurorluğun nümayəndələri ADP lideri Rəsul Quliyevin Azərbaycana qayıdacağı təqdirdə onun mütləq həbs olunması ilə bağlı dəfələrlə bəyanat veriblər.

Xəbər lenti

Xəbər lenti