...

Fərhad Əliyevin apellyasiya şikayətinə oktyabrın 26-da baxılacaq

Siyasət Materials 25 Oktyabr 2005 15:47 (UTC +04:00)

Oktyabrın 26-sı günün birinci yarısında Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin apellyasiya şikayətinə baxılacaq. Bu barədə Trend ə hakim M.Hüseynov məlumat verib.

MTN təcridxanasında saxlanılan Fərhad Əliyev Səbail rayon Məhkəməsi tərəfindən barəsində 3 aylıq həbs-qəti imkan tədbirinin seçilməsi ilə bağlı çıxarılmış qərardan apellyasiya şikayəti verib. Nazir apellyasiya instansiyasına müraciətində ona qarşı irəli sürülmüş ittihamlarla razılaşmadığını göstərib.

Xəbər lenti

Xəbər lenti