...

İlham Əliyev "Azərbaycanın bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklərin edilməsi haqqında" fərman və sərəncam imzalayıb

Siyasət Materials 25 Oktyabr 2005 17:09 (UTC +04:00)

Trend bildirir ki, "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında" AR 2005-ci il 30 sentyabr tarixli 1018-IIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, adıçəkilən qanunun tətbişq edilməsi məqsədilə respublika hökumətinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının 1018 PQD saylı qanuna müvafiq uyğunlaşdırılması barədə təkliflərinin hazırlanması və Prezidentə təqdim edilməsi tapşırılıb.

Həmçinin hökumətin və müvafiq icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etməsi, bu barədə prezidenti məlumatlandırması, eyni zamanda öz səlahiyyətləri daxilində həmin qanundan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.

Prezident həmçinin "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında" AR 2005-ci il 30 sentyabr tarixli 1020-IIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar fərman imzalayıb.

Fərmana əsasən, AR Nazirlər Kabinetinə tapşırılıb ki, Cinayət Məcəlləsinin 144-1-ci, 144-2-ci və 316-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaqın respublikanın Daxili İşlər Nazirliyi tərəfindən aparıldığı müəyyən edilsin.

Xəbər lenti

Xəbər lenti