...

Əhalinin əksəriyyəti ölkənin hərbi gücünün artırılmasını zəruri hesab edir

Siyasət Materials 25 Oktyabr 2005 17:27 (UTC +04:00)

Azərbaycan əhalisinin 35,6%-i hesab edir ki, ölkə əsasən düzgün inkişaf yolunda qərar tutub. Trend in məlumatına görə, oktyabrın 25-də Xəzər ehtiyatlarının araşdırılması mərkəzinin(XEAM) 2005-ci ilə açıqladığı hesabata əsasən, ölkə əhalisinin yalnız 0,6%-i Azərbaycanın qeyri-düzgün inkişaf yolunda olduğunu hesab edir.Respondentlərin 18%-i isə bu sualı cavablandırmaqda çətinlik çəkib. Qalan hissə qoyulan suaa cavab verməkdən ya imtina edir, ya da cavabı bilmir.Hesabatın təqdimatında XEAM-nın direktoru Lətif Kəngərlinski bildirib ki, hesabat avrasiya Fondunun maliyyələşdirdiyi informasiya təşəbbüsləri Sorğusu layihəsi çərçivəsində hazırlanıb.Hesabat tələbələr və sosial araşdırmalarla məşğul olan gənc alimlər üçün hazırlanıb. L.Kəngərlinskinin sözlərinə görə, bu, ikinci illik hesabatdır, buraya təhsil, səhiyyə, demoqrafiya, miqrasiya və digər sahələrdə aparılan araşdırmaların nəticələri daxildir.

Əhalinin böyük əksəriyyəti ölkənin hərbi gücünün artırılması, siyasi sabitliyin təmin edilməsi, tibbi xidmətlərin yaxşılaşdırılması, cinayətkarlıq və miqrasiyanın səviyyəsinin azaldılması, korrupsiya ilə mübarizənin gücləndirilməsi və digər məsələləri zəruri hesab edir.

Hesabatda demoqrafik statistikaya mühüm yer ayrılıb.Azərbaycanda 29,30% qadın və 15,80% kişi - işsiz, bütün əhalinin təxminən 70 %-i isə natamam təhsilə malikdir.

Xəbər lenti

Xəbər lenti