...

Deputatlığa namizədlərin sayı 1822-yə endi

Siyasət Materials 26 Oktyabr 2005 13:04 (UTC +04:00)

6 noyabrda keçiriləcək parlament seçkilərində iştirak edən deputatlığa namizədlərin sayı durmadan kütləvi şəkildə azalır. Məkrəzi Seçki Komissiyasından Trend ə bildirilib ki, oktyabrın 26-na olan son məlumata görə, seçkidə iştirak edən namizədlərdən indiyədək 235 nəfəri namizədliyini geri götürüb.

Beləliklə, ən son rəqəmlərə görə, hazırda seçkidə 1822 nəfər namizəd iştirak edir. Qeyd edək ki, seçkidə 2063 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan yalnız altısının namizədliyi MSK tərəfindən ləğv olunmuşdu, lakin 28 saylı Sabunçu üçüncü seçki dairəsindən Hacıağa Nuri namizədliyini bərpa etdirib.

Namizədliyi qeydə alınmış 2063 nəfərdən ümumilikdə indiyədək 241 nəfəri artıq seçki prosesindən uzaqlaşıb.

Xəbər lenti

Xəbər lenti