...

MBD ölkələrinin müşahidəçilər missiyası qərargahı Azərbaycanın daha 4 iri şəhərində öz bölmələrini açacaq

Siyasət Materials 26 Oktyabr 2005 14:08 (UTC +04:00)

Azərbaycanın regionlarında MDB müşahidəçilərinin işini əlaqələndirmək üçün MDB müşahidəçilər missiyasının qərargahı ölkənin 4 iri şəhərində - Naxçıvan, Lənkəran, Gəncə və Xaçmazda bölmələr açacaq. Trend in xəbər verdiyi kimi, bu barədə missiya qərargahının məlumatında bildirilir.

MDB müşahidəçiləri Azərbaycanın 125 seçki dairəsinin daxil olduğu bütün rayon və şəhərlərdə öz funksiyalarını yerinə yetirəcəklər. İndiyə kimi Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, həmçinin, MDB-yə üzv ölkələrin Parlamentlərarası Assambleyasının nümayəndələri missiyada iştiraklarını təsdiqləyiblər.

Qərargahın əməkdaşları artıq Xaçmaz rayonuna baş çəkiblər. Onlar icra hakimiyyətinin başçısı, dairə seçki komissiyası sədrləri ilə görüşüblər. Görüşlər zamanı təşkilata və qəragahın bölmələrinin işinə yardım, seçkilərə hazırlığın gedişi, yerli çap və elektron KİV-də təşviqat, seçicilərlə görüşdə deputatlığa namizədlərə köməkliyin göstərilməsi, exzit-pol-ların keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Əsas diqqət seçicilərin siyahılarının hazırlanması və dəqiqləşdirilməsi, onlara vəsiqələrin verilməsi, səsvermənin keçirilmə yeri və qaydası və digər məsələlərin müzakirəsinə yönəldilib.

"Azadlıq" seçki blokunun xahişi ilə demokratik partiyanın qərargah mənzilində onun nümayəndələri ilə görüş keçirilib. Onlar MDB müşahidəçilərinin seçkilərin monitorinqində iştirak etmələrinə müsbət yanaşaraq, seçkilərə hazırlıq üzrə blok tərəfindən görülən işlər və respublikada siyasi vəziyyət barədə məlumat veriblər.

Qısa dövr ərzində MDB müşahidəçilər missiyası qərargahı elektron KİV-lərin ("ANS", "AzTI", "Lider", "ATI" telekanalları) xəbərlər proqramının monitorinqini aparıblar. Monitorinqin nəticələri göstərir ki, bu telekanallar seçki prosesində partiya və blokların fəaliyyətinin bərabər işıqlandırılmasını təmin edir. Çap KİV-lərin monitorinqi nəticəsində məlum olub ki, həm siyasi partiya bloklarının və onların namizədlərinin, həm də deputatlığa müstəqil namizədlərin öz mövqelərini oxuculara çatdıra bilmək imkanı var. Seçkilərə hazırlıq isə mətbuat oraqlarının müxtəlif rubrikalarında geniş işıqlandırılır.

Xatırladaq ki, Missiya Azərbaycanda fəaliyyətə 2005-ci il oktyabrın 6-da başlayıb.

Xəbər lenti

Xəbər lenti