...

Rino Harniş: ABŞ prezident İlham Əliyevin son sərəncamını demokratiyanın inkişafı yolunda yeni addım hesab edir

Siyasət Materials 26 Oktyabr 2005 15:17 (UTC +04:00)
Rino Harniş: ABŞ prezident İlham Əliyevin son sərəncamını demokratiyanın inkişafı yolunda yeni addım hesab edir

ABŞ Azərbaycan prezidenti İlham Əliyevin parlament seçkilərinə hazırlıqla bağlı son qərarını demokratiyanın inkişafı yolunda yeni addım kimi dəyərləndirir. Trend in ATI telekanalına istinadən yaydığı məlumata görə, belə bir bəyanatla ABŞ-ın Azərböaycandakı səfiri Rino Harniş məlumat verib.

Amerikalı dipllomatın sözlərinə görə, rəsmi Vaşinqton bu qərarın yerinə yetirilməsinə yardım məqsədilə hər hansı bir dəstək göstərməyə hazırdır. "Dövlət başçısının keçirdiyi sonuncu müşavirə və imzalanan sərəncamı Azərpbaycanda demokratiyanın inkişafı yolunda yeni və müsbət addım kimi qiymətləndirmək zəruridir", - deyən səfir seçki günü işarələnmə rəngitndən istifadənin zəruriliyinin Avropa Şurasının tövsiyələrindən biri olduğunu xatırladıb.

R. Harniş Azərbaycan prezidentinin sonuncu sərəncamına Reuters və ABC kimi dünyanın məşhur KİV orqanları tərəfindən də yüksək qiymət verildiyini bildirib.

Öz növbəsində, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə rəhbəri Ceyms Qogin bəyan edib ki, Azərbaycanda qarşıdakı parlament seçkilərində monitorinqin keçirilməsi üçün ABŞ hökumətinin 40 müşahidəçi komanda göndərilməsinə hazırlaşır və onlar ən yaxın günlərdə Bakıya yola düşəcəklər. "Bununla yanaşı, ABŞ vətəndaşları ATƏT-in DİİHB-nun müşahidəçi missiyasına da daxil olacağını, lakin onların dəqiq sayının hələ məlum olmadığını da bildirib. D. Qogin xatırladıb ki, USAID-ın dəstəyi ilə ölkədə çoxsaylı treninqlər keçirilib və onlarda yüzlərlə Azərbaycan vətəndaşı iştirak edib.

"Biz seçkilərin demokratik keçirilməsinin tərəfdarıyıq, bizim bütün addımlarımız seçki prosesində şəffaflığın təmin olunmasına yönəlib",-deyə sonla C. Qogin bildirib.

Xatırladaq ki, oktyabrın 25-də prezident İlham Əliyev parlament seçkilərinə hazırlıq və onun keçirilməsi ilə bağlı təcili tədbirlər barədə sərəncam imzalayıb. Sənəddə Milli Məclisə Nizamnamə kapitalında xarici fiziki və hüquqi şəxslərin payının 30%-dən artıq təşkil etdiyi QHT-nın müşahidəçi qismində seçkilərdə iştirakına qoyulan qadağanın ləğv edilməsi ilə bağlı müzakirələr aparmaq tövsiyə olunub.

Mərkəzi Seçki Komissiyasına isə ən qısa müddətdə səsversmə zamanı barmaqların şəffaf mürəkkəblə işarələnməsinin tətbiqi barədə təlimatın hazırlanması və onun müzakirəyə çıxarılması tapşırılıb.

Xəbər lenti

Xəbər lenti