...

Yalta şəhərində MDB-nin xüsusi xidmət orqanları rəhbərlərinin görüşü keçiriləcək

Siyasət Materials 26 Oktyabr 2005 15:20 (UTC +04:00)

Oktyabrın 27-də Ukrayna Respublikasının Yalta şəhərində MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərlərinin görüşü keçiriləcək. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev Trend ə bildirib ki, iclasın işində MTN-nin nümayəndə heyəti də iştirak edəcək.

İclasın gündəliyinə 15-ə yaxın məsələnin müzakirəsi daxildir. Bu məsələlər xüsusi xidmət orqanlarnının beynəlxalq terrorizmə, transmilli cinayətkarlığa, silah, insan, o cümlədən narkotik və psixotrop vasitələrin qanunsuz daşınmasına qarşı mübarizə sahəsində qarşılılı əməkdaşlıqla bağlıdır.

İclasda həmin sahələrdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə dair sənədlərin imzalanması da nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti