...

Azərbaycan Respublikasının prezidenti vətəndaşların keçmiş SSSR əmanət bankındakı əmanətlərinin indeksləşdirilməsinə hazırlıq üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb

Siyasət Materials 27 Oktyabr 2005 12:33 (UTC +04:00)
Azərbaycan Respublikasının prezidenti vətəndaşların keçmiş SSSR əmanət bankındakı əmanətlərinin indeksləşdirilməsinə hazırlıq üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 27-də vətəndaşların keçmiş SSSR Əmanət Bankındakı əmanətlərinin indeksləşdirilməsinə hazırlıq üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncamı imzalayıb. Trend in xəbər verdiyi kimi, sərəncamda bildirilir ki, keçən əsrin 90-cı illərində yüksək inflyasiya nəticəsində əhalinin Dövlət Əmanət Bankında olan əmanətləri öz dəyərini itirib. 1993-1997-ci illərdə onların bir neçə dəfə indeksləşdirilməsinə baxmayaraq, onların məbləği əvvəlki səviyyəyə çatmayıb.

Ölkədə son illər müuşahidə olunan iqtisadi potensialın və maliyyə imkanlarının sabit artımı AR vətəndaşlarının qiymətdən düşmüş əmanətlərini bərpa etməyə imkan verir.

Bununla əlaqədar, vətəndaşların 1 yanvar 1992-ci il tarixinə keçmiş SSSRİ Əmanəi Bankında olan əmanətlərinin indeksləşdirilməsinə hazırlıq üzrə Dövlət Komissiyasının yaradılması haqqında qərar qəbul edilib.

Baş nazir Artur Rəsizadə komissiyanın sədri, maliyyə naziri Əvəz Ələkbərov, iqtisadi inkişaf naziri Heydər Babayev, əmək və əhalinin sosial müdafiə naziri Əli Nağıyev, ədliyyə naziri Fikrət Məmmədov, Milli Bankın sədri Elman Rüstəmov, Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyev, "Kapital Bank" Səhmdar Kommersiya bankın İdarə heyətinin sədri Rauf Rzayev isə komissiyanın üzvləri təyin olunublar.

Dövlət Komissiyasına əhalinin 1 yanvar 1992-ci il tarixinə keçmiş SSRİ Əmanət Bankında olan əmanət qalıqlarına təzminatların verilməsini tənzimləyən müvafiq qanun layihəsinin, həmçinin, onların ödənilmə mexanizmi barədə təkliflərin üç ay müddtində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etmək tapşırılır.

"Kapital Bank" Səhmdar Kommersiya Bankına Maliyyə və İqtisadi İnkişaf Nazirlikləri, o cümlədən Milli Bankla birlikdə 1 yanvar 1992-ci il vəziyyətinə əhali qrupları və yaş kateqoriyaları üzrə bank hesablarının inventarizasiyasını aparmaq və üç ay müddətində Nazirlər Kabinetinə məlumat vermək tapşırılır.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Xəbər lenti

Xəbər lenti