...

Seçkidə iştirak edən namizədlərin namizədliklərini geri götürmə müddəti başa çatıb

Siyasət Materials 27 Oktyabr 2005 12:35 (UTC +04:00)

6 noyabrda keçiriləcək parlament seçkilərində iştirak edən namizədlərin qanunla namizədliklərini geri götürmə müddəti başa çatıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Qeyd edək ki, Seçki Məcəlləsinin tələblərinə görə, seçkiyə 10 gün qalmış müddətədək namizədlər könüllü şəkildə öz namizədliklərini geri götürə bilərlər. Oktyabrın 26-sı gecə saat 00.00-da namizədlərin seçkidən çəkilmək üçün dairə seçki komissiyalarına rəsmən müraciət edilməsi müddəti başa çatıb.

MSK-dan bildirilib ki, dairə seçki komissiyalarından verilən məlumatlara görə, namizədliyini geri götürənlərin ümumi sayı təxminən 350 nəfərdən çoxdur.

Xəbər lenti

Xəbər lenti