...

Steynar Gil: Norveçin yeni hökuməti Azərbaycanla ikitərəfli münasibətlərin inkişafı imkanlarını nəzərdən keçirir

Siyasət Materials 27 Oktyabr 2005 13:26 (UTC +04:00)

Norveçin yeni hökuməti Azərbaycan hökuməti ilə ikitğərəfli münasibətlərin inkişafında yeni imkanları nəzərdən keçirir. Bu barədə Norveçin Azərbaycanakı səfiri Steynar Gil Trend ə ekskluziv müsahibəsində bildirib.

Onun sözlərinə görə, Norveç Azərbaycanla siyasi, iqtisadi və mədəni əlaqələrin daha çox inkişafına maraqlıdır. Hökumət qarşılıqlı maraq kəsb edən energi sektorunda, sənaye və digər sahələrdə əməkdaşlığın yeni perspektivlərini hərtərəfli öyrənmək niyyətindədir.

Diplomatın sözlərinə görə, Azərbaycanda qarşıdakı parlament seçkilərindən sonra hökumət nümayəndə heyətlərinin əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün Azərbaycana səfərlərini gözləmək olar. Səfir eləcə də gələn il dövlət və ya hökumət başçıları səviyyəsində səfərlərin olacağını da istisna etməyib.

Xatırladaq ki, baş nazir Yens Stoltenberqin rəhbərlik etdiyi Norveçin yeni hökuməti 2005-ci il oktyabrın ortalarında formalaşıb. Yeni hökumətdə Stoltğenberqin rəhbərlik etdiyi Fəhlə Partiyasından 10, Sol Sosialist Partiyasından 5 və Mərkəz Partiyasından 4 nazir təmsil edir. Baş nazir Kyel Maqne Bondevikin başçılıq etdiyi köhnə hökumət istefaya gedib.

Xəbər lenti

Xəbər lenti